backend

“Azəraqrar”ın Mərkəzi Aran Regional İdarəsində nələr baş verir?



Nazirlik və EB onlara aid olan 20 min hektar ərazidə məhsulu toplayıb öz obyektinə daşıyan və idarəyə heç bir aidiyyatı olmayan Vaqif İsmayılovun qanunsuz və özbaşına hərəkətlərinə niyə reaksiya vermir?..

“Zamin Məmmədovhələ direktor təyin edilməyib, artıq onun adamları başlayıblar Mərkəzi Aran Regional İdarəsini talamağa. Əmin olun ki talamağa başlayıblar”.

24SAAT.az xəbər verir ki, bu sətirlər “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin işçiləri adından PİA.az-a ünvanlanan məktubda yer alıb.

“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsində maraqlı hadisələr baş verir. İdarənin rəsmi işçiləri olmayan şəxslər işləri idarə etməklə və faktiki talanla məşğul olurlar. Bütün bu işlərin başında isə Beyləqan rayonundan olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vaqif İsmayılov durur. Bu barədə redaksiya ünvanlanan məktubda bildirilir ki, artıq Vaqif İsmayılov və adamları Mərkəzi Aran Regional İdarəsinə aid olan sahələrdə biçin işləri aparırlar.

Qeyd edək ki, bir neçə gündür ki, ölkə mətbuatında “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinə yeni direktör təyinatı ilə bağlı qamaqal xarakterli məlumatlar yayılır. Məlumatda qeyd olunub ki, Zamin Məmmədovun Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinə yeni direktör təyin ediləcəyi haqda yayılan xəbərlər indidən narazılıq yaradıb. Bildirilir ki, Zamin Məmmədov bir neçə il əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentində rəis müavini işləyib, korrupsioner və dələduz məmur kimi ad çıxarıb.

Bu gün “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tərkibində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsində çalışanların PİA.az-a ünvanladığı məktubda bildirlir ki, idarərəyə hüç bir adiyyatı olmayan beyləqanlı iş adamı Vaqif İsmayılov Mərkəzi Aran Regional İdarəsinə aid olan torpaq sahələrdə yonca biçini ilə məşğuldur.

Burda maraqlı iş isə ondna ibarətdir ki Vaqif İsmayılov yonca biçinini gündüz yox, gecə aparır. Bundan başqa işçilərin iddiasına göprə Vaqif İsmayılov hər yerdə deyir ki mən Zamin Məmmədovun yaxın dostuyam və o, təyinatın alana qədər işlərə nəzarət edəcəm. Qeyd edilir ki, dünəndən bəri Vaqif İsmayılov 18 hektar ərazinin yoncasını biçdirib. Diqqət çəkən məslələrdən biri də odur ki, Vaqif İsmayilıov hazır preslənmiş yonca kiplərini bir hissəsini Sarısu yatağında olan fermasına daşıtdırır və bunu gecə saatlarında həyata keçirir. Qeyd olunur ki, Vaqif İsmayılov Regional idarədə işləyən digər qohumu Ceyhun Əsədovla yonca, arpa və buğda sahələrini gəzərək planlar qurur. Söhbət 20 min hektarın məhsulundan gedir və belə görünür ki, bu məhsul idarənin anbarlarına deyil, Vaqif İsmayılovun obyektlərinə daşınacaq.

Maraqlıdır ki, Regional İdarənin işçiləri Zamin Məmmədovun hələ idarəyə rəsmi təyinat almadığını bildirirlər. Buna baxmayaraq 5 gün əvvəl Zamin Məmmədov Mərkəzi Aran Regional İdarəsinə gəlib və özünü yeni təyin olunacaq direktor kimi təqdim edərək idarənin işçiləri qısa tanışlıq toplantısı keçirib. Elə həmin andan da qurumun işçisi olmayan, qurumda heç bir vəzifə və səlahiyyət sahibi olmayan Vaqif İsmayılov Regional İdarənin bütün işlərinə nəzarəti əlinə keçirib.

Məsələ ilə bağlı “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin, o cümlədən Kənd təsərrüfatı Nazirliyinin susması isə çoxlu sayda suallar yaradır. Nazirlik və EB kənardan gəlib onlara aid olan 20 min hektar ərazidə məhsulu toplayıb öz obyektinə daşıyan Vaqif İsmayılovun bu qanunsuz və özbaşına hərəkətlərinə niyə reaksiya vermir? Lap elə Zamin Məmmədov Regional İdarəyə direktör təyin olunsa belə, kənar şəxsin İdarənin bütün işlərini ələ keçirməsi hansı anlama gəlir?..

Bu arada “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin Mərkəzi Aran Regional İdarəsinin işçiləri mətbuatda gedən bir yanlışı da düzəldiblər. Məktub müəllifləri bildirir ki, Zamin Məmmədov Fəda Abbasovun deyil, nazir İnam Kərimovun həyat yoldaşının qohumu olduğunu bildirirlər. Zamin Məmmədovu da Mərkəzi Aran Regional İdarəsinə direktor qoymaq istəyən də məhz İnam Kərimovdur. Qeyd edək ki, daha əvvəl mətbuatda və sosial şəbəkələrdə Zamin Məmmədovun Kənd Təsərrüfatı Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdir müavini Fəda Abbasovun qohumu olduğu bildirilmişdi.

Qarşı tərəfin mövqeyinmi dərc etməyə hazırıq…