backend

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yerevana gəlib 



Sentyabrın 6-da ATƏT-in Minsk Qrupunun rusiyalı yeni həmsədri İqor Xovayev Yerevanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. 24SAAT.az "Turan"a istinadən xəbər verir ki, ötən həftə o, Bakıya səfər edib və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. İqor Xovayev bu ilin avqustunda bu postda İqor Popovu əvəz edib.